Bakıda karantini qaydalarını pozan kafe sahibi həbs olundu

  • 16:41 - 01 İyun

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

Avropa.info xəbər verir ki, hadisə mayın 30-u saat 22 radələrində paytaxtın Binəqədi rayonunda yerləşən "Təklə məkan" kafesində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində həmin kafenin xüsusi karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi məlum olub.

Müvafiq tədbirlərlə kafenin sahibi 1971-ci il təvəllüdlü Hüseyn Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokol tərtib edilib və toplanmış matereallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə H.Hüseynov barəsində 1 ay inzibati həbs təhbeh növü tətbiq edilib.


Oxunma sayı: 1882

Oxşar yazılar