Bağlanan banklardakı əmanətlərin qaytarılması ilə bağlı mühüm açıqlama

  • 16:37 - 01 İyun

“Bağlanan dörd bankda əmanətlərin geri qaytarılması məsələsi iki hissəyə bölünüb.

İlkin olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətlərin qaytarılma prosesinə agent bank olan “KapitalBank” vasitəsilə 1 iyundan başlanıldı”.

Avropa.info “oxu.az”a istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyev keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, banklarda 30 min manata qədər olan vəsaitlərin kompensasiyası 1 iyun, 30 min manatdan yuxarı olanlar isə 1 iyuldan başlayaraq ödəniləcək:

“AGBank” ASC və “NBCBank” ASC-də əmanətlərin qaytarılması prosesində agent bank kimi “Beynəlxalq Bank” seçilib. İyuldan əmanətlər veriləcək. Burada 680 milyon manat sığortalanıb.

Hesablamalar tam başa çatdıqdan sonra bu rəqəm bir faiz dəyişə bilər”.


Oxunma sayı: 1783

Oxşar yazılar