"PKK-nın 18 nəfər yüksəkvəzifəli rəhbəri öldürülüb” – Terror təşkilatı liderindən acı etiraf

  • 16:20 - 01 İyun

PKK terror təşkilatının lideri Murad Karayılan Türkiyə polisi, ordusu və kəşfiyyatının uğurlu əməliyyatları qarşısında aciz qaldıqlarını etiraf edib.

Avropa.info xəbər verir ki, Türkiyənin uğurlu əməliyyatları xeyli müddətdir gizlənən PKK liderini gizləndiyi yerdən çıxmasına səbəb olub. O, PKK-nın Sədr və İdarə Şurasında təmsil olunan 18 yüksəkvəzifəli terrorçunun öldürüldüyünü açıqlayıb.

Karayılan PKK rəhbərliyində təmsil olunan şəxslərin adını şəxsən açıqlayıb: PKK Sədr və İdarə Şurasının üzvü Qərib Məhəmməd, KCK İdarə Şurası üzvü Şenqali kod adlı İsmayıl Özdən, PKK Xarici Əlaqələr nümayəndəsi Mikail Özdəmir, PKK mətbuat katibi Əmrullah Dursun, “Qəndilin kassası” ləqəbi ilə tanınan Əli Aktaş.

PKK lideri bu terrorçuların öldürülməsinin təşkilat üçün çox böyük itki olduğunu etiraf edib.


Oxunma sayı: 12354

Oxşar yazılar