Türkiyənin gizli silahlı gücü dövriyyəyə girdi: Almaniyanın məşhur jurnalı Liviyada uğur qazanmağın sirrini açdı – Foto

  • 16:00 - 01 İyun

Türkiyənin müdafiə sənayesinin keçdiyi məsafə bütün dünyanın diqqətini çəkir.  Almaniyada nəşr olunan "Der Spiegel" jurnalı Türkiyənin gizli bir yeni nəsil silahlı pilotsuz uçuş aparatının (PUA) gücü barədə yazıb.

Avropa.info xəbər verir ki, "Der Spiegel" jurnalı  xəbəri "Türkiyənin müdafiə layihələri: Yeni pilotsuz uçuş aparatı gücü" başlığı ilə yayımlayıb.

Xəbərə görə, Liviyada Türkiyə PUA-larının meydana gorməsi güc dəngələrini Liviyanın legitim hakimiyyətinin xeyirinə dəyişib. Jurnalda Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın dəstəyi ilə Liviya prezidenti Fayez əl-Sərracın güc qazandığı vurğulanıb.

Başqa tərəfdən, Türkiyənin pilotsuz uçuş aparatı texnologiyasına qoyduğu sərmayələrə də xəbərdə geniş ayırılıb:

“"Bayraktar TB2" Türkiyənin müdafiə sənayesinin ən uğurlu məhsuludur. "İsrael Defense" jurnalı bu uçuş aparatını nəslinin ən yaxşısı olaraq təqdim edib".

Türkiyənin 2014-cü ildən bu yana TB2-ni PKK ilə mübarizədə də istifadə edildiyini qeyd edən xəbərdə bunlar yazılıb:

“Bu uçuş aparatı terror təşkilatı PKK-ya qarşı mübarizədə Türkiyə ordusuna üstünlük qazandırıb. "Bayraktar TB2" silahsız bir uçuş aparatı ancaq silah daşımaq xüsusiyyətinə sahibdir. Türkiyə başqa münaqişə bölgələrində də illərdir özünün istehsal etdiyi uçuş aparatlarından uğurla istifadə edir".

Selçuk Bayraktarın rolunu xüsusi vurğulayan "Der Spiegel" yazır ki, bu uçuş aparatların hazırlanmasında açar rolundadır: "ABŞ-ın tanınmış MIT-dən məzundur. Onun fəaliyyəti ilə Türkiyə gizli bir pilotsuz uçuş aparatı gücünə sahib ölkə halına gəlib".


Oxunma sayı: 10264

Oxşar yazılar