Netanyahu: “Məni və ailəmi öldürmək istəyirlər”

  • 15:33 - 01 İyun

İsrail baş naziri Benyamin Netanyahu özü və ailəsinə ünvanlanmış ölüm hədələri ilə bağlı polisə müraciət edib.

Avropa.info xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb:

“Bir neçə gün əvvəl özüm və ailəm ünvanına olan hədələrlə bağlı polisə şikayət ərizəsi verdim. Təəssüf ki, bu gün məni və ailəmi necə öldürməyi təsvir edən adam haqda polisə müraciət etməli oldum”.

Netanyahu daha əvvəl keçən ilin noyabrında “Facebook”da ona ünvanlanmış təhdidlərlə bağlı polisi dərhal istintaqa başlamağa çağırmışdı.


Oxunma sayı: 10682

Oxşar yazılar