“Belə getsə koronovirusdan son dəqiqə qolu yeyəcəyik” – İranlı nazirdən bədbin proqnoz

  • 15:07 - 01 İyun

İranda yeni tip koronovirus üzündən sutka ərzində 81 nəfər artaraq 7878 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi mətbuat katibi Kiyanuş Cihanpur məlumat verib. Yoluxma sayı isə sutka ərzində 2979 nəfər artaraq, 154 min 445 nəfərə çatıb.

2578 nəfər Kovid-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. 121 min 4 nəfər isə sağalaraq evə buraxılıb.

Virusunun ən çox yayıldığı əyalətlər isə bunlardır: Şərqi və Qərbi Azərbaycan, Loristan, Kirmanşah, Hörmüzgan, Sistan-Bəlucistan.

Dövlət televiziyasına müsahibə verən səhiyyə naziri Səid Nəməki əhali və dövlət adamlarının əksəriyyətinin virusu vecinə almadığından şikayətlənib:

“Təəssüf ki, ölkəmizdə xeyli adam epidemiyanın başa çatdığını düşünür. İki gün əvvəl Məşhədə getdim. Sosial məsafəyə əhəmiyyət verilmir, maska taxılmırdı. Üç aydır səy göstəririk. Gördüyüm mənzərə çox təəssüfedici idi. İnsanlarımız Kovid-19-un başa çatdığını düşünür və çox rahat şəkildə qayıdacağını hesablamırlar. Belə getsə koronovirusdan son dəqiqə qolu yeyəcəyik” – nazir deyib.

Qeyd edək ki, İranda ilk koronovirus halı 19 fevralda Qum şəhərində qeydə alınıb.


Oxunma sayı: 2069

Oxşar yazılar