Deputatdan təklif - Bu şəxslərə ev tikməsi üçün borca pul verilsin

  • 14:50 - 01 İyun

Bu gün Azərbaycanda məcburi köçkünlərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir, onlar üçün müasir qəsəbələr və yaşayış kompleksləri tikilir. Bununla yanaşı, məcburi köçkünlərə fərdi ev tikmək üçün torpaq sahələrinin və faizsiz ssudaların (xüsusi maliyyə qurumları tərəfindən ayrıca şəxsə və ya müəssisəyə verilən borc) ayrılması onların problemlərinin həllinə böyük dəstək olar.

Avropa.info Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

B.Əliyev bildirib ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanun 17-ci maddəsinin 3-cü hissəsində bu məsələ nəzərdə tutulur:

“Bu barədə bir dəfə də məsələ qaldırmışdım. Həmin qanunda yazılıb ki, yaşayış yerindən asılı olaraq məcburi köçkünlərə istifadə üçün torpaq sahəsi və faizsiz ssuda ayrılsın ki, onlar özləri üçün fərdi mənzillər tikə bilsinlər.

Elə yerlər var ki, orada məcburi köçkünləri kompakt şəkildə köçürmək mümkün deyil. Ona görə də yaxşı olardı ki, rayonlarımızın ərazisində ayrı-ayrı yerlərdə məskunlaşmış və təsərrüfatla məşğul olan məcburi köçkünlərimizə bu ssudaların verilməsi üçün bir fond yaradılsın. Və məcburi köçkünlərə ssuda verilsin ki, onlar həmin torpaqda özlərinə fərdi evlər tiksinlər və beləliklə də onların sosial həyat şəraiti də yaxşılaşsın”.


Oxunma sayı: 3675

Oxşar yazılar