Günay Ağamalı: "Hər birimiz andımıza sadiq olmalıyıq"

  • 12:50 - 01 İyun

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Ümumilli Lider Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər andımıza çevrilib. Hər birimiz andımıza sadiq olmalıyıq.

Bu sözləri Avropa.info-ya açıqlamasında "BUTA" körpələr evi - uşaq bağçasının direktoru, "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, ölkəmizdə uşaqların müdafiəsi, onlara diqqət və qayğının göstərilməsi istiqamətində geniş miqyaslı işlər görülür: 

"Ölkə Prezidenti Cənab İlham Əliyevin sayəsində uşaq və gənclərin hərtərəfli inkişafı üçün görülən işlər genişlənməkdədir.  

Ümummilli Lider Heydər Əliyevin ideyalarını yaşadan Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən biri də məhz uşaqların uğurlu gələcəyinə söykənir. Fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Xanım Əliyevanın, fondun Vitse prezidenti Leyla Xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan, qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan uşaqlara diqqət, qayğı və mərhəmətlə yanaşmaları hər birimizə nümunədir. 

İnsan ruhunu dincəldən, dünyanın bütün pisliklərindən uzaq, səmimi, sevgisinin qarşılığında təmənna gözləməyən balalarımızın 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü mübarək olsun. Fidanları bir gün deyil, hər gün qayğı və sevgi ilə yaşatmalıyıq.

Əziz və istəkli uşaqlarımıza sağlam, milli ruhda böyüməyi diləyirəm!"


Oxunma sayı: 9703

Oxşar yazılar