İki ay fasilədən sonra THY ilk uçuşunu həyata keçirdi – Yeni qaydalarla

  • 12:41 - 01 İyun

Koronovirusa qarşı alınan tədbirlər çərçivəsində uçuşlarını dayandıran Türkiyə Hava Yolları iki aylıq fasilədən sonra ilk səfərini həyata keçirib.

Avropa.info xəbər verir ki, İstanbul-Ankara reysi ilə uçan təyyarə üçün təntənəli mərasim keçirilib. Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu biletini alaraq təyyarəni tədqiq edib. Bütün hazırlıqlardan sonra TK2150 saylı reys 156 sərnişinlə Ankaraya yola düşüb.

59 gün fasilədən sonra uçuşlar mərhələli şəkildə keçiriləcək. İlk səfərlər Ankara, İzmir, Antalya və Trabzona həyata keçiriləcək. 3 iyunda siyahıya başqa şəhərlər də əlavə olunacaq.

Tədbirlər çərçivəsində uçuş heyətinin temperaturu ölçülüb, maska və qoruyucu ilə təmin olunublar. Aeroport işçiləri biletləri özləri yoxlamayıblar. Sərnişinlər cihazlarda oxudaraq təyyarəyə miniblər. Sərnişinləri yola salanlara aeroporta buraxılmayıb. Sərnişinlər bir-birindən aralı məsafədə oturdulub.


Oxunma sayı: 2322

Oxşar yazılar