Övladı imtahan verəcək valideynlərə xəbərdarlıq - Bunu etməyin!

  • 12:01 - 01 İyun

“Abituriyentlərin qeyd olunan saatda binaların önünə gəlməsi vacibdir”.

Avropa.info xəbər verir ki, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O, valideynlərə xəbərdarlıq edib ki, imtahan binalarının qarşısında toplaşmaq sosial məsafənin pozulmasına səbəb ola bilər. Bu səbəbdən valideynlərin imtahan binasının qarşısında toplaşması tövsiyə olunmur.

Qeyd edək ki, iyun ayı ərzində 190 000 şagird bir ay ərzində buraxılış imtahanlarında iştirak etməlidir. Təxminən 45 min insan hər həftə imtahana qatılacaq. 1500-ə yaxın məktəb binası imtahanlar üçün ayrılıb.


Oxunma sayı: 2982

Oxşar yazılar