Ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə

  • 11:57 - 01 İyun

Bu gündən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbuluna başlanılır.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, subbakalavrlar DİM-ə müraciət edir, Mərkəz isə onlarla bağlı məlumatı və qiymətləndirməni əldə etmək üçün orta ixtisas məktəbinə sorğu göndərir: “Onlar ərizə verib imtahanda da iştirak edə bilərlər. Çünki imtahansız qəbul üçün minimal 200 balla müsabiqədə iştirak edirlər. Amma abituriyent kimi imtahanda iştirak edəndə daha yüksək bal toplaya bilərlər. Müəyyən subbakalavrlar hər ikisində iştirak edir”.

M.Abbaszadə bildirib ki, sənəd qəbulu günün ikinci yarısından başlaya bilər.

DİM sədri onu da əlavə edib ki, subabakalavrların səhifəsi bu gündən aktiv olacaq: “Gün ərzində səhifə aktivləşəcək. Onların ixtisas seçiminə hər bir subbakalavr hansı ixtisası seçəcəksə, ərizədə qeyd edə bilər. Məsələn, pedaqoji ixtisaslı olan biri iqtisadiyyatı seçə bilməz”.


Oxunma sayı: 5732

Oxşar yazılar