Hər bir məzun təhsil aldığı rayonda imtahan verəcək

  • 11:35 - 01 İyun

Hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhərdə imtahan verəcək.

Avropa.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanlar 1000-ə yaxın binada keçiriləcək: “Hər gün ən azı, 4 növ imtahan kitabçası məzunlara təqdim ediləcək. Hər imtahan zalına bir nəzarətçi, hər 100 nəfərə bir imtahan rəhbəri ayrılacaq. Həmin şəxslərə müxtəlif təlimlər keçirilib və onlar artıq imtahanlara hazırdırlar”.


Oxunma sayı: 2553

Oxşar yazılar