Ali məktəblərə qəbul imtahanlarının elan olunmamasının səbəbi açıqlandı

  • 11:33 - 01 İyun

“Hələlik ali məktəblərə və kolleclərə qəbul imtahanları elan olunmayıb. Çünki bu ayın 5-nə qədər sənəd qəbulu davam edəcək. Bu günə olan statistikaya görə 75 692 nəfər sənəd verib. Onlardan 12 853-ü əvvəlki illərin məzunlarıdır”.

Avropa.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O vurğulayıb ki, əvvəlki illərin məzunları ilə əlaqəli hələ ki cədvəl tutulmayıb:

“Ola bilsin, rəqəmlərdə müəyyən dəyişikliklər olsun”


Oxunma sayı: 3532

Oxşar yazılar