Hindistanda koronovirusa yoluxanların sayı 190 mini keçdi

  • 11:13 - 01 İyun

Hindistanda son sutka ərzində koronovirusa yoluxanların sayı 8392 nəfərə artaraq 190 min 791 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, virusdan həyatının itirənlərin sayı sutka ərzində 182 nəfər olub. Ümumi ölüm sayı isə 5408 nəfər qeydə alınıb.

Epidemiyanın ən çox təsirinə məruz qalan Maharaştra ştatında yoluxma sayı 67 min 655 olub. Sonrakı yerlərdə 22 min 333 halla Tamil Nadu ştatı, 19 min 844 yoluxma ilə Yeni Dehli və ətraf əraziləri əhatə edən Milli Paytaxt Bölgəsi və 16 min 779 yoluxma ilə Qucarat ştatı gəlir.


Oxunma sayı: 1222

Oxşar yazılar