Ağ Evin qarşısı döyüş meydanına çevrildi – Polis gözyaşardıcı qazdan istifadə etdi

  • 11:02 - 01 İyun

Amerikalı zənci Corc Floydun polis tərəfindən öldrülməsinə etiraz olaraq, Ağ Evin qarşısında keçirilən aksiya zamanı təhlükəsizlik qüvvələri və etirazçılar arasında toqquşma olub.

Avropa.info xəbər verir ki, prezident iqamətgahı qarşısında toplaşan yüzlərlə amerikalı ədalət tələb edib. Etirazçılar “Ədalətsiz təhlükəsizlik yoxdur!”, “Nəfəs ala bilmirəm!”, “Afroamerikalının həyatı vacib deyil!” deyə qışqırıblar.

Etirazçıların qovulması üçün polis gözyaşardıcı qazdan istifadə edib. Kütlə isə daş və butulkalarla cavab verib.

Xatırladaq ki, 25 mayda Minnesota ştatının Minneapolis şəhərində 46 yaşlı Corc Floyd polis zorakılığı nəticəsində ölmüşdü.


Oxunma sayı: 1420

Oxşar yazılar