"Honda" yüzminlərlə avtomobili geri çağırır - Texniki nasazlığa görə

  • 23:40 - 31 May

Yaponiyanın tanınmış avtomobil istehsalçısı olan “Honda” Çin bazarında satdığı 774 min avtomobili yanacaq çənindəki nasazlıqlara görə geri çağırır.

Avropa.info xəbər verir ki, geri çağırılan avtomobillər 2018-ci ilin iyul-dekabr ayında istehsal edilən “Acura", "Greiz", "Gienia", "Civic" və “Spirior” modelləridir.

Bildirilir ki, nasaz detallar "Honda"nın Çindəki müştərək müəssisələri olan "GAC Honda" və "Dongfeng Honda" tərəfindən yoxlanılacaq və ehtiyac olacağı təqdirdə dəyişdiriləcək.


Oxunma sayı: 1706

Oxşar yazılar