Türkiyədə gün ərzində 25 nəfər koronavirusdan öldü

  • 23:08 - 31 May

Bu gün Türkiyədə koronavirusdan daha 25 nəfər vəfat edib. 
 

Avropa.info-nun məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. 

O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 540 nəfərə çatıb. 

Nazirin sözlərinə görə, son sutka ərzində 989 nəfər koronavirusdan sağalıb. Beləliklə, ölkədə COVID-19-dan sağalanların sayı 127 973 nəfərə çatıb.


Oxunma sayı: 2179

Oxşar yazılar