Belarus müxalifətinin lideri saxlanıldı

  • 22:37 - 31 May

Minskdə müxalif Belarus Sosial-Demokrat Partiyasının lideri Nikolay Statkeviç saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə “Vesna” hüquq müdafiəsi mərkəzi Statkeviçin həyat yoldaşına istinadən məlumat yayıb.

Məlumata görə, mikroavtobus Statkeçivin olduğu avtomobilin qarşısını kəsib və o, naməlum adamlar tərəfindən aparılıb. Statkeviçi aparanların heç biri rəsmi formada olmayıb. Hazırda müxalif liderin arvadı polis idarəsində ərinin oğurlanması ilə bağlı izahat yazır.

Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyası Nikolay Statkeviçin avqustun 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı namizdəliyini qeydə almaqdan imtina edib. Səbəb kimi isə Statkeviçin başa çatmamış həbs müddəti göstərilib.

Statkeviç 2010-cu ilin dekabrında Minskdəki kütləvi aksiyalarda ittiham olunaraq həbs edilmişdi. 2015-ci ildə isə Belarus Prezidenti Aleksandr Lukaşenkonun əfvi ilə azadlığa çıxmışdı.


Oxunma sayı: 8427

Oxşar yazılar