Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirildi

  • 19:14 - 31 May

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. 

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun 8.1-ci maddəsində "2 il" sözləri "1 il" sözləri ilə əvəz edilib. 

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.


Oxunma sayı: 3521

Oxşar yazılar