Bakıda ana və azyaşlı oğlunu maşın vurdu

  • 18:43 - 31 May

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində qeydə alınıb. 

Yolu keçmək istəyən, 1989-cu il təvəllüdlü Aliyə Seyidəliyeva və azyaşlı oğlu Ömər Seyidəliyevi avtomobil vurub. Hər iki şəxs xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 14664

Oxşar yazılar