Milli Məclisdə 9 şöbə ləğv olunub - Spiker açıqladı

  • 17:29 - 31 May

Milli Məclisin yaz sessiyası ərzində 12 iclas keçirilib, 123 qanun layihəsi qəbul edilib.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının yekunları haqqında danışarkən deyib. Spiker bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da Milli Məclisdə proqram xarakterli tövsiyələrinin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər görülüb.

Sədr bildirib ki, Milli Məclisin aparatında və işlər idarəsində struktur və kadr islahatları aparılıb. Onun sözlərinə görə, parlamentin aparatında 13 şöbə əvəzinə 9 şöbə, İşlər idarəsində isə 9 şöbə əvəzinə 4 şöbə yaradılıb.

S.Qafarova bildirib ki, aparılan islahatlar parlamentin işlərinin daha çevik təşkil olunmasına imkan verəcək.

Modern.az


Oxunma sayı: 11111

Oxşar yazılar