Vilayət Eyvazov gürcüstanlı həmkarına məktub göndərdi

  • 17:14 - 31 May

zərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov gürcüstanlı həmkarı Vaxtanq Qomelauriyə təbrik məktubu ünvanlayıb.

Avropa.info "report"a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

V.Eyvazov Gürcüstanda bu gün qeyd olunan Polis Günü münasibətilə ölkənin DİN rəhbərliyi və əməkdaşlarını təbrik edərək onlara uğurlar arzulayıb:

“Bu gün Gürcüstan polisi xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edir, asayişin və təhlükəsizliyin təmini, sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir”.

Nazir qeyd edib ki, hər iki ölkənin DİN-ləri arasında əlaqələrin səviyyəsi məmnunluq doğurur: “Əminəm ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək”.

V.Eyvazov V.Qomelauriyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqına isə əmin-amanlıq və rifah diləyib.


Oxunma sayı: 1882

Oxşar yazılar