Milli Məclisin növbədənkənar sessiyası çağırıldı - 82 deputat müraciət edib

  • 16:29 - 31 May

Milli Məcliisn ardıcıl olaraq iki gün növbədənkənar iclasları keçiriləcək.

Avropa.info  ölkə.az-a istinadən xəbər verir ki, bunu Milli Məcliisn sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, karantin rejimi ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsi tez zamanda qəbul edilərək, prezident tərəfindən qüvvəyə minməlidir.

“Odur ki, bu gün Daxili Nizamnaməyə əsasən yaz sessiyası bitir. Ancaq növbədənkənar iclaslarla bağlı artıq 82 deputat müraciət edib və mən də növbədənkənar plenar iclasların keçirilməsi ilə bağlı sərəncam imzalamışam. Ona görə də iyunun 1 və 2-də ardıcıl olaarq növbədənkənar iclaslar keçiriləcək”.


Oxunma sayı: 4599

Oxşar yazılar