Milli Məclisin deputatları koronavirus testindən keçir

  • 15:18 - 31 May

Milli Məclisin deputatları koronavirus testindən keçməyə başlayıb.

APA-nın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.

Gələn həftə ərzində deputatların koronavirus testindən keçirilməsi prosesi başa çatacaq.

Qeyd edək ki, bundan öncə Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mart ayında mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər.


Oxunma sayı: 3477

Oxşar yazılar