“Palmali Holding" müflis elan edildi - Şok qərar

  • 15:15 - 31 May

Martın 17-də Türkiyədə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali Holding Company Limited” müflis elan olunub.

Avropa.info "report"-a istinadla xəbər verir ki, bu barədə İngiltərə Ali Məhkəməsi qərar qəbul edib.

Məlumata görə, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. 

İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu olan bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda, dünya miqyasında Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.

Avropa.info məlumatına görə, "Palmali" şirkətinin təmsilçisi Fidan Quliyeva isə yayılan xəbərin "qeyri-ciddi" olduğunu bildirib:

"Palmali Holding”in müflis elan edilməsi barədə xəbər əsassızdır və şirkətin nüfuzuna zərər vermək məqsədi daşıyır. Qısa müddət ərzində bununla bağlı ətraflı məlumat tərəfimizdən ictimaiyyətə açıqlanacaq".


Oxunma sayı: 5017

Oxşar yazılar