Koronovirusa görə qapadılan Məscidül-Əqsa da açıldı

  • 14:55 - 31 May

Müsəlmanlar üçün dini əhəmiyyətə malik olan Qüdsdə yerləşən Məscidül-Əqsa bu gün səhər namazı ilə ibadətə açılıb.

Avropa.info xəbər verir ki, məscidin ibadətə açılmasını Qüdsün İslami Vəqflər İdarəsi minarələrdən elan edib. 

Qeyd edək ki, koronovirus pandemiyasına qarşı tədbirlər çərçivəsində Məscidül-Əqsa 23 martdan bəri ibadətə qapadılmışdı. Məsciddə bu müddət ərzində ancaq xidməti personal və mühafizəçilər namaz qılırdı.


Oxunma sayı: 5798

Oxşar yazılar