İsrailin mülki insanları hədəf aldığı cinayətinin növbəti ili – "Mavi Mərmərə" gəmisinə hücumun 10 ili tamam oldu

  • 14:13 - 31 May

Müsəlman qardaşlığının təsisi və insanlığın vicdanının səsinin hələ duyulduğunu göstərmək üçün Türkiyədən yola çıxan və Qəzzaya humanitar yardım daşıyan "Mavi Mərmərə" gəmisinin İsrail dövləti tərəfindən hücuma məruz qalmasının 10-cu ildönümüdür. 

Avropa.info bildirir ki, yalnız humanitar yardım daşıyan bir gəmiyə hücum edəcək qədər gözü dönmüş İsrail əsgərləri 2010-cu ilin mayın 31-də insanlıq adına utanc verici bir hadisəyə imza atmışdı.

Qeyd edək ki, həmin gün Malaziya, Küveyt, Əlcəzair, Yunanıstan, İngiltərə və İran kimi mütəlif ölkələrdən fəalların, jurnalistlərin və siyasətçilərin olduğu "Mavi Mərmərə" gəmisində təxminən 600 nəfər səyahət edirdi.  Qəzzadakı köməksiz insanlara humanitar yardım aparan gəmi beynəlxalq sularda olarkən İsrail hərbçiləri tərəfindən 31 may 2010-cu ildə səhər saat 04.30-da qanlı bir hücuma məruz qaldı. İsrail ordusuna məxsus 4 hərbi kater, 2 sualtı və 30 dodiak qayığı, 3 vertolyot "Mavi Mərmərə" gəmisini mühasirəyə alıb. 

İçərisində yalnız humanitar yardım məmulatları olan və sərnişinlərinin hamısı müdafiəsiz olan "Mavi Mərmərə" gəmisində tarixin ən böyük qətliamlarından biri yaşanıb. İsrailin törətdiyi hücumun nəticəsində jurnalist-yazar Cevdet Kılıçlar, Necdet Yıldırım, İbrahim Bilgen, Ali Haydar Bengi, Cengiz Akyüz, Çetin Topçuoğlu, Cengiz Songür, Fahri Yaldız, Uğur Süleyman Söylemez və Furkan Doğan olmaqla 10 nəfər şəhid olub. Xain hücumda isə 56 nəfər yaralanıb. 

Türkiyə İsrailin törətdiyi hücuma sərt reaksiya verib. O dönəmdə Baş Nazir vəzifəsini daşıyan Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı sərt reakisya nümayiş etdirib. Bu ardıcılı diplomatiq təzyiq nəticə verib və İrsail tarixində ilk dəfə üzr istəyib. İsrail Baş Naziri Bünyamin Netanyahu 2013-cü ilin martın 21-də Ərdoğanla telefon danışığı zamanı "Mavi Mərmərə"yə hücuma görə üzr istəyib və həyatını itirən vətəndaşlar üçün təzminat ödəməyi qəbul edib.


Oxunma sayı: 4588

Oxşar yazılar