Kremlə böyük şok : Rusiyanın qiyamçı Haftar üçün çap etdiyi 1,1 milyard müsadirə edildi – Dövlət Departamenti və Rusiya XİN-dən əks bəyanatlar

  • 13:33 - 31 May

Malta hökumət orqanları Rusiyanın qiyamçı general Xəlifə Haftarın Mərkəzi Bankı üçün çap etdiyi 1,1 milyard dollar dəyərində saxta Liviya dinarını müsadirə edib.

Avropa.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. 

“ABŞ Malta hökumətinin Liviyanın şərqindəki qeyri-legitim qurum tərəfindən Rusiyanın “Qoznak” şirkətinə sifariş verdiyi 1,1 milyard dollar dəyərində saxta Liviya dinarı banknotlarını müsadirə etməsini məmnuniyyətlə qarşılayır” – Departamentin bəyanatında deyilir.

Bəyanatda Tripolidə hökumətinin nəzarətində olan Mərkəzi Bankın ölkənin tək legitim bankı olduğu bildirilir.

ABŞ Rusiya istehsalı banknotların daha əvvəl də dövriyyə buraxıldığını, Liviya iqtisadiyyatını çətin vəziyyətə saldığını deyib. 

Məsələ ilə bağlı bəyanat yayan Rusiya XİN saxta pul çapını müdafiə edib. Bəyanatda Liviya Mərkəzi Bankı və “Qoznak” şirkəti arasında 2015-ci ildə müqavilə imzalandığı, müqavilənin də Tobrukda yerləşən parlament tərəfindən təsdiq olunduğu bildirilir.

Rusiya şirkətinin çap etdiyi banknotların Tobruk Mərkəzi Bankına karqo ilə göndərildiyi bildirilir. Bəyanatda hal-hazırda Tripolidəki Mərkəzi Bank ilə yanaşı Benqazidəki Mərkəzi Bankın sədrinin parlament tərəfindən təyin olunduğu üçün legitim olduğu qeyd olunub.

“Saxta olan Liviya dinarları deyil, Amerikanın bəyanatlarıdır. Rusiya liviyalılar arasında geniş çərçivədə dialoq və beynəlxalq ictimaiyyətin Liviya ilə bağlı verdiyi qərarlara sadiq qalınması çərçivəsində həll yolu alternativinin davamlı olmasını müdafiə edir” – Rusiya XİN-nin bəyanatında deyilir. 


Oxunma sayı: 11837

Oxşar yazılar