Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı təklif

  • 12:47 - 31 May

“Uzun illər ABŞ-ın digər ölkələrə səpdiyi toxumlar indi özünə qayıdır”.

Avropa.info "oxu.az"a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bəzi qüvvələr Azərbaycanda silahlı üsyana çağırış edənləri, terrorizmə dəstək verənləri, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsd təşkil edilməsini tərifləyənləri qəhrəman hesab edirdilər.

“Halbuki bu, bütün beynəlxalq normalarda cinayət hesab olunur. Çox təəssüf ki, Azərbaycanda sosial şəbəkələrlə bağlı qanun qəbul edilməsini gündəmə gətirəndə başladılar ki, Azərbaycanda söz, mətbuat azadlığı yoxdur, insanların hüquqları pozulur.

Biz üç il bundan qabaq məsələ qaldırdıq ki, internetdən anonim şəkildə istifadəyə qarşı tədbirlər görülməlidir. Şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrdən qeydiyyatdan keçməklə istənilən məsələ haqqında fikir və tənqidlər söyləmək mümkündür.

Bu məsələ indi də aktualdır. O zaman internetin sıxışdırılması ilə bağlı fikirləri irəli sürməyə başladılar”, - deyə S.Novruzov əlavə edib.

Onun sözlərinə görə, “Human Right Watch”, “Freedom House”, “Soros” fondu ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrə nəzarət edilməsi barədə qərarına bir söz deyə bilmirlər.


Oxunma sayı: 3257

Oxşar yazılar