74 gün qapalı olan Məscidül-Nəbi ibadətə açıldı - FOTO

  • 12:28 - 31 May

Səudiyyə Ərəbistanın Mədinə şəhərində Məhəmməd peyğəmbərin qəbrinin yerləşdiyi Məscidül-Nəbi, digər adı ilə Peyğəmbər məscidi koronovirusa qarşı alınan tədbirlərə görə, iki aydan çox idi ki, ibadətə bağlı idi.

Avropa.info xəbər verir ki, məscid 74 günlük karantindən sonra təkrar ibadətə açılıb.

Məscidül-Nəbi idarəsi qapıların təkrar açılışını göstərən video və fotoları “Twitter” hesabında paylaşıb. Məscidin açılmasından sonra xeyli adam ibadət üçün məscidə gəlib. 

Koronovirusa görə qapadılan Kəbənin yerləşdiyi Məscidül-Həramın nə vaxt açılacağı dəqiq məlum deyil.


Oxunma sayı: 7569

Oxşar yazılar