ABŞ-da kütləvi etirazlar dayanmır - Onlarla şəhərdə komendant saatı elan olundu

  • 11:16 - 31 May

Amerikalı zənci Corc Floydun polis tərəfindən saxlanılarkən ölməsi səbəbi ilə başlayan kütləvi iğtişaşlar üzündən Los-Anceles daxil olmaqla, ABŞ-ın 25 böyük şəhərində komendant saatı elan edilib.

Avropa.info xəbər verir ki, Los-Anceles meri Erik Qarsetti şəhərdə zorakılıq və vandalizmin qarşısının alınması uçub axşam 20:00-dan bazar günü 05:00-dək komendant saatı elan edib. 

Əhalinin sutkanın gecə vaxtı hərəkətinə qadağa qoyulan şəhərlər bunlardır: Los-Anceles və Beverli-Hillz (Kaliforniya ştatı), Denver (Kolorado), Mayami (Florida), Atlanta (Corciya), Çikaqo (İllinoys), Lusivill (Kentukki), Minneapolis və Sent-Pol (Minnesota), Roçester (Nyu-York), Sintsinnati, Klumbua, Deyton, Toledo, Klivlend (Ohayo), Portlend və Yucin (Oreqon), Filadelfiya və Pittsburq (Pensilvaniya), Çarlston və Kolumbiya (Cənubi Karolina), Neşvill (Tennesi) Solt-Leyk-Siti (Yuta), Sietl (Vaşinqton), Milouki (Viskonsin). 

Minnesota, Corciya, Ohayo, Kolorado, Viskonsin, Kentukki , Yuta ştatlarına və paytaxt Kolumbiya dairəsinə ABŞ Milli Qvardiyası yeridilib.

Los-Ancelesdə polis etiraz iştirakçılarına qarşı gözyaşardıcı qaz, səs qumbaraları, rezin güllələrdən istifadə edib.

ABŞ gizli xidməti və Vaşinqton polisi etirazçıları Ağ Evin ətrafına buraxmır. Nyu-Yorkda isə polis şöbələrinə aparan yollar bağlanıb.


Oxunma sayı: 12365

Oxşar yazılar