Deputat: İşğalçı dövlət sülh yolunu anlamasa Azərbaycan sözdən əmələ keçəcək

  • 00:06 - 31 May

50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə 28 may tarixində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edən Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi “Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir.

Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq” mövzusuna fikirlərini bildirib.

Bizim əzəli torpaqlarımızın işğaldan azad edilməsində Prezidentimizin mövqeyi sarsılmazdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi cümlələr, xalqımıza əminlik verməlidir ki, peşəkar rəhbərlik bacarıqlarını özündə cəmləşdirən ölkə başçımızın qətiyyətli addımları ilə torpaqlarımız işğaldan azad olunacaq. Artıq bunun nəticəsində məcburi köçkün vətəndaşlarımız tarixi torpaqlarımıza, mədəniyyət beşiklərimizə geri dönəcək. Hal-hazırda ölkəmizin hər bölgəsində aparılan müasirləşmə və infrastruktur yenilikləri, işğaldan azad olunan torpaqlarımızda da gerçkləşdiriləcəkdir.

Ölkəmizin hərbi potensialı və vətənpərvər xalqımız gücümüzü düşmənə sübut edib. Ən son baş tutan Aprel Döyüşlərinin nəticələri, cəbhə xəttində olan peşəkar hərbiçilərimiz və hərbi texnikamız, daima yenilənən müdafiə sənayemiz və ən əsası vətənpərvər oğul və qızlarımız mənfur qonşumuz olan Ermənistana birmənalı olaraq göstəririk ki, biz Ali Baş Komandanın göstərişi ilə ərazi bütövlüyümüzü bərpa etməyə qadir ölkəyik.

Ümumiyyətlə onu deyə bilərəm ki, bu gün Prezident tərəfindən aparılan islahatlar Azərbaycanın daha da güclənməyə doğru inkişafını göstərir. Gələcəyimiz üçün yetişən gənc nəslin savadlı olması, dövlətin iqtisadi və hərbi cəhətdən güclülüyü, aparılan kadr və yenidənqurma islahatlarının müsbət nəticələri Azərbaycanın hər gün daha da gücləndiyi göstəririr. Ölkənin bütün sahələrində yüksək hədəfli inkişaf özünü hərbi sferada, ordumuzda da göstərir. Bacarıqlı hərbçi kadrların formalaşdırılması, vətənpərvər ruhda əsgərlərimizin olması, hərbi texnika bazamızın günü-gündən təkmilləşdirilməsi buna aiddir və ölkəmizin gücünü ortaya qoyur.

Cənab Prezidentin çıxışlarında Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər işğalçılara açıq ismarıcdır və münaqişənin sülh və diplomatiya yolu ilə həlli üçün hal-hazırda da işlər aparılır. Əgər işğalçı düşmən sülh yolunu anlamasa və nəzərə almasa Azərbaycan dövləti sözdən əmələ keçəcək.


Oxunma sayı: 5655

Oxşar yazılar