Britaniyada COVID-19-dan ölənlərin sayı 38,3 mini ötdü

  • 22:03 - 30 May

Britaniyada bir gün ərzində koronavirusdan daha 215 nəfər ölüb.

Bu barədə ölkənin mədəniyyət naziri Oliver Douden keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ölkədə pandemiya qurbanlarının sayı 38 376 nəfərə çatıb. 

Son sutkada koronavirusa yeni yoluxma hallarının sayı 2 445 təşkil edib. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 272 826 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Britaniyada 324 insan təhlükəli virusdan ölüb, 2 095 nəfərin koronavirusla bağlı analizi müsbət olub. (Report)


Oxunma sayı: 4423

Oxşar yazılar