Ağ Evin qarşısında iğtişaşlar baş verib

  • 21:30 - 30 May

Mayın 30-da gecə saatlarında ABŞ-da, Ağ Evin qarşısında iğtişaşlar başlayıb.

Bu barədə "Report" CNN-nə istinadən xəbər verir.

Bildirilir ki, etirazçılar ABŞ-ın xüsusi xidmət oranlarının əməkdaşları tərəfindən saxlanılıb. Dövlət başçısının iqamətgahı yaxınlığında iğtişaşlar beş saatdan çox davam edib. 

Etirazçılar prezidentin mühafizəçilərinə müxtəlif əşyalar atıblar və hasarları aşmağa çalışıblar. Xüsusi xidmət orqanlarının əməkdaşları azı bir dəfə zəhərli qazdan istifadə edib.

Etirazçılar Minneapolisdə vəfat edən qaradərili mühafizəçi Corc Floyda dəstək şüarları səsləndiriblər və prezident Donald Trampa qarşı etirazlarını nümayiş etdiriblər. 


Oxunma sayı: 4192

Oxşar yazılar