“Atabank” və “Amrahbank” əmanətlərinin kompensasiyaları “Kapital Bank”la ödəniləcək

  • 17:50 - 30 May

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

“Report”un məlumatına görə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib.

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “Atabank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “Amrahbank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.

LƏĞV PROSESİNDƏ OLAN “AMRAHBANK” ASC-də

QORUNAN ƏMANƏTÇİLƏRƏ KOMPENSASİYALARIN VERİLMƏSİ ÜZRƏ

“KAPİTALBANK” ASC-nin FİLİAL ŞƏBƏKƏSİ

   
Sıra №“Amrahbank” ASC-nin filiallarıFilialların ünvanı“Kapital Bank” ASC-nin filiallarıFilialların ünvanı və əlaqə nömrəsi
BAKI ŞƏHƏRİ ÜZRƏ
1Gənclik filialıOqtay Kərimov küç., 70DXətai filialı

S.Orucov küç., 12

Tel: 012 490-41-30

012 490-45-30

012 490-45-28

2Baş OfisXocalı pr., 36A
3Şərq filialıXətai pr., 21
4İnqilab filialıHəsən Əliyev küç., 74Gənclik filialıH. Əliyеv küç., 82, 889-cu məhəllə Tel: 012 598-05-61 012 598-05-05
5Nərimanov filialıHəsənoğlu küç., 9Əhmədli filialıSarayevo küç., 7Q Tel: 012 374-46-06
64 saylı şöbəNizami küç., 100Cİçərişəhər filialı

Bünyad Sərdarov küç., 14 Tel: 012 492-33-24

012 492-35-58

012 492-33-51

7Səbail filialıNizami küç., 187a
8Azadlıq filialıAzadlıq pr., 753-cü məhəlləŞuşa filialı

8 M/R, İbrahimpaşa Dadaşov küç.3158/3156-cı məhəllə Tel: 012 565-03-34 012 565-03-35

012 565-03-36

9Əməliyyat filialıCəfər Cabbarlı küç., 44Cəfər Cabbarlı filialıCəfər Cabbarlı küç., 5A Tel: 012 596-20-04
10Binəqədi filialıCavadxan küç., 32/45Binəqədi filialı

Asif Məhərrəmov küç., 174 Tel: 012 431-78-19 012 431-78-15

012 431-78-16

11Həzi Aslanov filialıMəhəmməd Hadi küç., 68Həzi Aslanov filialıХ.Məmmədov küç., 13 Tel: 012 379-26-18 012 379-62-31
12Müştəri xidmətləri departamenti657-ci məhəllə, Hüseynqulu Sarabski küç.,45A (01.05.2019-cu ildən Xocalı pr. 36A ünvanına köcürülmüşdür)28 May filialıFüzuli küç., 71 Tel: 012 441-15-54
13Express filialıXəqani küç., 11/13
14Qara Qarayev filialıŞirin Mirzəyev küç., 58Qara Qarayev filialı

Qara Qarayev pr., 29 Tel: 012 421-11-01 012 421-00-15

012 421-14-27

15Bakıxanov filialıBakıxanov qəsəbəsi, N. İsmayilov küç., 2Bakıxanov filialı

Bakıxanov qəsəbəsi, Sakit Qocayev küç., 13A , 13B, 13C Tel: 012 565-43-88 012 565-43-89

012 565-43-90

1628 May filialı28 may küç., 74, 717-ci məhəlləBadamdar filialıBadamdar qəsəbəsi, M.Müşfiq küç., 2e Tel: 012 310-08-97
17Yasamal filialıŞərifzadə küç., 158
18Sahil filialıBadamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 262 ASəbail filialı

Zərifə Əliyeva pr., 63 Tel: 012 493-80-10 012 493-99-24

012 493-28-84

REGİONLAR ÜZRƏ
19Bərdə filialıBərdə ş., Heydər Əliyev pr., 110Bərdə rayon filialıBərdə ş., M.Rəsulzаdə küç.,11 Tel: 020 205-11-02 020 205-53-47
20Sumqayıt filialıSumqayıt ş., Heydər Əliyev pr., 11/38Sumqayıt filialıSumqаyıt ş., C.Cаbbаrlı küç., 1 (40-cı məhəllə) Tel: 018 642-23-75
21Lənkəran filialıLənkəran ş., Həzi Aslanov pr., 1Lənkəran şəhər filialı

Lənkərаn ş., M.Nəsirli küç., 3 Tel: 025 255-05-25 025 255-45-21

025 255-14-44

22Masallı filialıMasallı ş., Heydər Əliyevpr.Masallı rayon filialıMаsаllı ş., H.Əliyеv pr., 91 Tel: 025 215-60-97
23Gəncə filialıGəncə ş., M.A.Abbaszadə küç., ev 25Gəncə rayon filialıGəncə ş., Cаvаdхаn küç., 24 Tel: 022 256-10-96
24Şəmkir filialıŞəmkir ş., 20 Yanvar küç., 8Şəmkir rayon filialıŞəmkir ş., 20 Yanvar küç., 2 Tel: 022 305-35-88

LƏĞV PROSESİNDƏ OLAN “ATABANK” ASC-də

QORUNAN ƏMANƏTÇİLƏRƏ KOMPENSASİYALARIN VERİLMƏSİ ÜZRƏ

“KAPİTALBANK” ASC-nin FİLİAL ŞƏBƏKƏSİ

   
Sıra №“Atabank” ASC-nin filiallarıFilialların ünvanı“Kapital Bank” ASC-nin filiallarıFilialların ünvanı və əlaqə nömrəsi
BAKI ŞƏHƏRİ ÜZRƏ
1Nərimanov filialıƏ.Rəcəbli küç., 9Nərimanov Kart Mərkəzi filialıMirzəbala Əhmədzadə küç., 13 Tel: 012 567-37-83 012 567-37-84
2Sahil şöbəsiPuşkin küç.9, qapı 1 və 2Səbail filialı

Zərifə Əliyeva pr., 63 Tel: 012 493-80-10 012 493-99-24

012 493-28-84

3Bakı filialıNeftçilər pr., 67Sahil filialı

Bül-bül pr., 18 A Tel: 012 493-46-05 012 493-46-08

012 493-45-64

4Nizami filialıR.Rüstəmov küç., 139 bNizami filialı

8-ci km qəsəbəsi, B.Nuriyev küç., 10A Tel: 012 374-08-21

012 370-95-43

012 374-21-40

5Yasamal filialıİnşaatçılar pr., məhəllə 533Yasamal filialıLandau küç., 6 Tel: 012 510-72-93
6Elmlər şöbəsiB.Vahabzadə küç., 12, 558-ci məhəllə
7Dostluq filialı (kompensasiya məbləği 1000 manatadək)Azadlıq pr.,124Qara Qarayev filialı

Qara Qarayev pr., 29 Tel: 012 421-11-01 012 421-00-15

012 421-14-27

8Dostluq filialı (kompensasiyaməbləği 1000 manatdanyüksək(1000 manat daxil olmaqla))Azadlıq pr.,124Nəsimi filialı

İ. Qasımov küç., 4 Tel: 012 595-31-27 012 595-31-26

012 502-49-75

9Müştəri Xidmətləri Departamenti – Baş ofis (kompensasiya məbləği 1000 manatadək)Ş.Bədəlbəyli, 102Mərkəz filialıBülbül pr., 60 Tel: 012 505-82-03 012 505-82-04
10Müştəri Xidmətləri Departamenti – Baş ofis (kompensasiya məbləği 1000 manatdan yuxarı (1000 manat daxil olmaqla))Ş.Bədəlbəyli, 102Neftçilər Kart Mərkəzi filialıR. Rüstəmov küç.,44D Tel: 012 520-27-83
REGİONLAR ÜZRƏ
11Şirvan filialıŞirvan ş., Heydər Əliyev pr., 6aŞirvan şəhər filialı

Şirvаn ş., M.Ə.Rəsulzаdə küç. 1

Tel: 021 215-70-77

12Əli-BayramlışöbəsiŞirvan ş., 20 yanvar küç. 9
13Çinar filialıNaftalan ş., Şirvan pr., 12Naftalan şəhər filialı

Nаftаlаn ş., Ş.Qurbаnov küç., 11 Tel: 022 352-11-01

022 352-13-96

14Şəmkir filialıŞəmkir ş., Heydər Əliyev pr., 17Şəmkir rayon filialıŞəmkir ş., 20 Yanvar küç., 2 Tel: 022 305-35-88
15Yevlax filialıYevlax ş., Nizami küç., 10Yevlax rayon filialı

Yеvlах ş., H.Əliyеv pr., 20 Tel: 022 336-14-36 022 336-22-45

022 336-46-61

16Lənkəran filialıLənkəran ş., H.Aslanov xiyabanı, 48aLənkəran şəhər filialı

Lənkərаn ş., M.Nəsirli küç., 3 Tel: 025 255-05-25 025 255-45-21

025 255-14-44

17Göyçay filialıGöyçay ş., M.Ə.Rəsulzadə küç.,112aGöyçay filialı

Göyçаy ş., H.Z.Tağıyev küç. Tel: 020 274-80-65 020 274-80-66

020 274-80-67

18Mingəçevir filialıMingəçevir ş., Heydər Əliyev pr., 68/20Mingəçevir şəhər filialıMingəçеvir ş., V.Hüsеynov küç. 10/97 Tel: 024 274-30-78
19Sumqayıt filialıSumqayıt ş., Ş.Bədəlbəyli küç., 1Qubadlı filialı

Sumqаyıt ş., 17-ci məhəllə, H.Əliyеv pr., 11/38, sahə 7 Tel: 018 654-23-28 018-654-23-58

018-654-24-67

20Gəncə filialıGəncə ş., Atatürk pr., 251Gəncə KartMərkəzi filialı

Gəncə ş., H. Əliyev pr., 101A Tel: 022 266-34-08

Tel: 022 266-34-12

21MKX Gəncə şöbəsiGəncə ş., Totanlı küç., Mərkəzi Klinika Xəstəxanası
22Xəmsə şöbəsiGəncə ş., Heydər Əliyev pr.,60
23Xaçmaz filialıXaçmaz ş., Heydər Əliyev küç., 20Xaçmaz rayon filialı

Хаçmаz ş., H.Z.Tаğıyеv küç., 9 Tel: 023 325-37-87 023 325-20-68

023 325-46-23

24Quba filialıQuba ş., Heydər Əliyev pr., məhəllə 21  

Oxunma sayı: 9901

Oxşar yazılar