Bərdədə polis və qadın bıçaqlanıb

  • 16:35 - 30 May

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qaradəmirci kəndində qeydə alınıb.

Rayon sakini Elçin Cəfərov öncə bacısı Vüsalə Cəfərovanı, sonra isə hadisə yerinə gələn polis zabiti Eşqin Məmmədovu bıçaqlayıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 8229

Oxşar yazılar