Maştağada istixanada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO)

  • 15:24 - 30 May

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Maştağa qəsəbə sakini Əliheydər Cavadov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, ona məxsus bağ evinin həyətindəki istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 11 kiloqram 415 qram olan 25 ədəd çətənə kolu və 495 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Əliheydər Cavadov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. İstintaq tədbirləri davam etdirilir.

Maştağada istixanada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO) - Gallery Image
Maştağada istixanada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO) - Gallery Image
Maştağada istixanada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO) - Gallery Thumbnail
Maştağada istixanada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO) - Gallery Thumbnail

Oxunma sayı: 6436

Oxşar yazılar