Rusiyada bir gündə koronavirusa 8 952 yoluxma qeydə alındı

  • 14:35 - 30 May

Rusiyada COVID-19-a yoluxanların sayı 396 575 nəfərə çatıb.

Bu barədə ölkənin Koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, son sutkada koronavirusa 8 950-dən çox yoluxma qeydə alınıb.

"Rusiyada son gün ərzində COVID-19 infeksiyasına təsdiq edilmiş yoluxma halları 8 952-dir və 83 regionda kliniki təzahürü olmadan 3 747 (41,9%) yoluxma aşkarlanıb", - xəbərdə deyilir.

Əlavə edilir ki, ölkənin 83 regionunda ümumilikdə 396 575 yoluxma halı qeydə alınıb.(report)


Oxunma sayı: 4962

Oxşar yazılar