Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

  • 13:27 - 30 May

 

 

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 385,1 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Avropa.info-ya verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60,7 faiz, kimya sənayesində 24,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20,0 faiz artıb.

  •  

Əsas kimya məhsullarından metanol istehsalı 67,6 faiz, etilen istehsalı 18,2 faiz, propilen istehsalı 17,9 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,1 dəfə, bərk polipropilen boruların istehsalı 77,9 faiz artıb.


Oxunma sayı: 6348

Oxşar yazılar