Almaniyada 8 489 nəfər koronavirusdan öldü

  • 12:02 - 30 May

Almaniya Federativ Respublikasında (AFR) bir gündə yeni koronavirusa yoluxanların sayı daha 738 nəfər artıb, 39 insan ölüb. 

Bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib. 

İnstitutun məlumatına görə, AFR-də bütün vaxt ərzində virusa 181 196 yoluxma qeydə alınıb. COVID-19-dan 8 489 pasiyent ölüb. Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 165 minə yaxın pasiyent sağalıb. 

Almaniyada koronavirusa ən çox yoluxma halları Bavariya da qeydə alınıb. Burada 46 854 nəfər COVID-19-a yoluxub. Şimal Reyn-Vestfaliya da 37 910, Baden-Vürtemberqdə 34 718 nəfər virusdaşıyıcısı hesab edilir. Berlində koronavirusa 6 767 yoluxma qeydə alınıb.(report)


Oxunma sayı: 4962

Oxşar yazılar