Türkiyədə son sutkada koronavirusdan 28 nəfər ölüb

  • 22:52 - 29 May

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 28 nəfər ölüb.

Avropa.info xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 36155 şübhəli koronavirus testindən keçib, onlardan1141-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4489 nəfər ölüb, 162120 nəfər bu infeksiyaya yoluxub, 125963 nəfəri isə müalicə olunub. 

Bu gün 1594  xəstə evə buraxılıb. 


 


Oxunma sayı: 5556

Oxşar yazılar