Operativ Qərargah toyların keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib

  • 20:17 - 29 May

Nazirlər Kabineti yanında Operativ Qərargah şadlıq saraylarının işini bərpa edib-etməyəcəyinə münasibət bildirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, son iki-üç gün ərzində yumşalma və sərbəstlik artdıqca, yoluxmaların sayında da artım olub. Bu fonda toyların keçirilməsi və şadlıq saraylarının işləməyə başlaması bir qədər problemli görünür: "Hər şey yoluxmanın sayından və bizim özümüzün sosial məsuliyyətindən asılıdır. Bəlkə də yoluxmaların sayı artmasaydı, biz bu gün burda daha çox yumşalmadan danışardıq. Amma 230 nəfərin bir gündə virusa yoluxması artıq böyük rəqəmdir. Dövlətin öz vətəndaşlarını qorumaq kimi bir məsuliyyəti var. Ona görə də hər şey yoluxmanın səviyyəsindən asılıdır”.


Oxunma sayı: 4852

Oxşar yazılar