Azərbaycanda indiyədək 4989 nəfər koronavirusa yoluxub, 3125 nəfər sağalıb - 58 nəfər vəfat edib

  • 18:30 - 29 May

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Avropa.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1 806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Oxunma sayı: 5534

Oxşar yazılar