Azərbaycan və Türkiyə parlament sədrləri telefonla danışdı

  • 18:02 - 29 May

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Bu barədə Avropa.info-ya Azərbaycan parlamentinin Mətbuat Xidmətindən məlumat verilib. 

M.Şentop həm öz adınan, həm də TBMM üzvləri adınan Azərbaycan Respublikasının Milli Məclisin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. 

S.Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın "bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.


Oxunma sayı: 4753

Oxşar yazılar