Britaniya və Avstraliya Qran-priləri bu il keçirilməyəcək - RƏSMİ

  • 16:53 - 29 May

MotoGP üzrə Britaniya və Avstraliya Qran-priləri ləğv edilib. 

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub. Hər iki yarış 2021-ci ildəki təqvimdə yer alacaq.  

MotoGP tarixində ilk dəfə mövsümdə Britaniya Qran-prisi olmayacaq.  

Qeyd edək ki, daha öncə koronavirusa görə Qətər, Almaniya, Niderland və Finlandiyadakı yarışlar ləğv edilib. Britaniyadakı yarış 28 - 30 avqust, Avstraliya Qran-prisi isə 23-25 oktyabrda keçirilməli idi. 


Oxunma sayı: 3939

Oxşar yazılar