Milli Məclis sabah toplanır

  • 15:47 - 29 May

Mayın 31-də, saat 11.00-da Milli Məclisin plenar iclası keçiriləcək. 

Avropa.info xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, Daxili Nizamnaməyə əsasən, həmin gün Milli Məclisin yaz sessiyasının son iclası keçiriləcək. Ancaq deputatlar iyun ayında da işləməli olacaqlar. Artıq bir qrup millət vəkili Milli Məclisin növbədənkənar sessiyasının çağırılması ilə bağlı parlament rəhbərliyinə müraciət edib. İyunun 1-də isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi planlaşdırılır. 

Məlumata görə, iclasda “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabat müzakirə olunacaq.


Oxunma sayı: 5820

Oxşar yazılar