"Taliban" silahlıları polisə hücum edib - Ölən və yaralanan var

  • 15:30 - 29 May

“Taliban” silahlılarının Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 7 polis əməkdaşı ölüb. 

Bunu yerli polisin nümayəndəsi Mohibullah Mohib deyib. 

Qeyri-rəsmi mənbə isə bildirib ki, hücum nəticəsində 3 polis əməkdaşı yaralanıb, 7 “taliban”çı zərərsizləşdirilib. 

“Taliban” hərəkatı hücumla bağlı açıqlama verməyib. 

Qeyd edək ki, mayın 28-də Əfqanıstanın şimal-şərqində yerləşən Parvan əyalətində ordu ilə “Taliban” hərəkatı döyüşçüləri arasında baş verən atışma nəticəsində azı 7 hərbçi həlak olub.


Oxunma sayı: 5380

Oxşar yazılar