Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

  • 14:20 - 29 May

Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7 300 manat pulunu aldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinə edilən müraciətə  əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini N.Qarayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6007

Oxşar yazılar