BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub

  • 12:52 - 29 May

BMT-nin 96 sülhməramlısı koronavirusa yoluxub.

Bunu BMT-nin Sülhə dəstək üzrə əməliyyat departamentinin kommunikasiya bölməsinin başçısı Nik Bernbek bildirib.

Onun sözlərinə görə, pandemiya başlayandan sülhməramlı əməliyyatlarda iştirak edən təxminən 100 min sülhməramlısından 96 nəfəri COVID-19-a yoluxub: “Bunlardan üçü Kiprin yunan hissəsində, biri BMT-nin Livandakı müvəqqəti qüvvələrində, biri Fələstin-İsrail münaqişəsi bölgəsində, beşi Mərkəzi Afrika Respublikası, üçü Cənubi Sudanda, 13-ü Demokratik Konqo Respublikasında və 70-i Malidə yoluxub. İndiyədək onlardan 48 nəfəri sağalıb. Ölüm hadisəsi qeydə alınmayıb”.(report)


Oxunma sayı: 4720

Oxşar yazılar