Avropa Birliyi Əsəd rejiminə qarşı sanksiyanı uzatdı

  • 11:40 - 29 May

Avropa Birliyi (AB) Şurası Əsəd rejimi və tərəfdarlarına qarşı sanksiyaların müddətini 1 iyun 2021-ci ilə kimi uzadıb.

AB Suriyada mülki əhaliyə zorakılıq tətbiq edənlərə qarşı sanksiyalar həyata keçirir.

Məlumata görə, artıq sanksiyalar siyahısına daxil olanların sayı 273 nəfərə çatıb.

Bildirilir ki, sanksiya tətbiq olunmuş şəxslərə səyahət qadağası qoyulur. Həmçinin, onların AB-dəki hesabları dondurulur.

AB Suriyada 70 quruma da sanksiya tətbiq edir. Aralarında Suriya Mərkəzi Bankının da olduğu bu qurumların aktivləri də dondurulur.


Oxunma sayı: 3950

Oxşar yazılar